QAYDALAR VƏ ŞƏRTLƏR

Ümumi qaydalar və şərtlər 

www.magaza.akabe.az veb-səhifəsindən istifadə etməklə siz aşağıdakı “Şərtlərə” və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənən bütün mövcud qanun və qaydalara riayət edəcəyinizi açıq şəkildə bildirirsiniz.   

Ticarət nişanları

www.magaza.akabe.az veb-səhifəsində olan loqotiplər www.magaza.akabe.az veb-səhifəsinə məxsus qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır və heç bir halda Akabe İnşaat şirkətinin qabaqcadan yazılı icazəsi olmadan istifadə edilə bilməz. 

Müəlliflik hüququ

Bu veb-səhifənin məzmunu və proqram təminatı “Akabe” MMC şirkətinin mülkiyyəti hesab olunur və müəlliflik hüquqları ilə qorunur. Bu qayda və şərtlərin məhdud lisenziya təminatında açıq şəkildə ifadə olunanlar istisna olmaqla, yerdə qalan heç bir halda www.magaza.akabe.az öz ticarət nişanları, müəlliflik hüquqları və ya digər özəl məlumatları ilə bağlı hər hansı zidd ifadə və ya nəzərdə tutulan hüquqa yol vermir. 

İcazə verilən istifadə

Sizə yalnız bu veb-səhifəsindəki səhifələrə baş çəkmək, onlara baxmaq və onların nüsxəsini öz şəxsi istifadəniz üçün saxlamaq hüququ verilir və siz şəxsi istifadə məqsədi ilə tədbirlərə və reklam xarakterli məlumata baxmaqdan, və ya şəxsi istifadəniz üçün almaqdan və ya www.magaza.akabe.az tərəfindən xüsusilə nəzərdə tutulmuş şəxsi məqsəd üçün satmaqdan başqa, yerdə qalan digər heç bir halda hər hansı məqsədlə veb-səhifəsindəki materialın surətini çoxalda, yükləyə, dərc edə, dəyişdirə və ya digər bir şəkildə yaya bilməzsiniz. 

0
Yuxarıya qayıt
Translate »

Məhsulları axtarın

Məhsul səbətinizə əlavə edildi