2000-ci ildən etibarən fəaliyyət göstərən öz prinsipində  müştəri məmnuniyyətini əsas tutan Akabe inşaat sahəsində  keyfiyyətli və  zəngin çeşidli məhsullarını müştərilərinə  qürurla təqdim edir. İnşaat materiallarının istehsalı və  satışı ilə müştərilərinə yüksək keyfiyyətli xidmət göstərən  Akabe inşaat Avropa Asiyanın tanınmış brendlərinin  Azərbaycandakı rəsmi distribüteridir. Akabe adları  sadalanan məhsul çeşidlərinin satışını reallaşdırır:



Həmçinin Akabe, distribyutorluq etdiyi brendlərin inşaat məhsullarından başqa öz istehsal etdiyi məhsulların da satışı ilə məşğul olur və eləcə də yerli istehsalçı olan Gilanla da əməkdaşlıq edir. Uzun illər təcrübəli brendlərlə yaxından əməkdaşlıq bizə qabaqcıl ölkələrin istehsal təcrübəsini mənimsəməyə şərait yaratmışdır. Yeni texnologiyaları yerli istehsala tətbiq edərək alıcılarımızın etibarını qazanmışıq. Məqsədimiz daxili bazarı münasib qiymət və keyfiyyətlə təmin etməkdir. Şirkətimizin tərkibinə "Akabe Mebel", "Akabe PVC Lambir" və "Akabe Mozaika və Kəsmə" fabrikləri də daxildir. Bizim fabriklərdə qabaqcıl texnologiyalardan istifadə, keyfiyyətli xammal seçimi, yerli və xarici mütəxəssislərdən ibarət peşəkar işçi komandası ilk sıralarda olmağımızı təmin edən əsas səbəbdir. Biz, yeniliklərə tez uyğunlaşan, beynəlxalq təcrübəni yerli istehsala tətbiq edən, model sırasını mütəmadi olaraq zənginləşdirən, müştəri məmnunluğunu ən vacib amil hesab edən bir şirkətik.

Missiyamız

Akabe inşaatın əsas missiyası Avropa və Asiya ölkələrindən yüksək  keyfiyyətli məhsulları seçərək sərfəli  qiymətlərlə yerli bazarda  müştərilərə təqdim etməkdir. Müştərilərimizin  məmnuiyyəti və  istəklərinin qarşılanması bizim üçün əsasdır. Məqsədimiz inkişaf  edərək fəaliyyət  sahəmizi genişləndirmək, alıcılarımıza yüksək  keyfiyyətli xarici məhsullar təqdim etmək beynəlxalq standartlara  cavab verən istehsalı təşkil etməkdir. Akabe dizayn inşaat sektoruna  aid ən son yenilikləri müştərilərinə ilk çatdıran şirkət olmaq üçün  çalışır.