Akabe Mebel

  • Depositphotos_1036381_original
  • Modern Kitchen interior in warm tones
  • Depositphotos_2091477_original
  • Sofa with plants

Akabe inşaat 2006 -cı ildə mebel istehsalı və satışına başlayıb. Müxtəlif növ vanna otağı şkafları, şkaf-kupe, tv şkafları, uşaq otağı, mətbəx, ofis və s. mebellərin satışı ilə məşğul olur. Yerli istehsal sizin seçdiyiniz modelin ölçülərində dəyişiklik etməyə və ya sizin istəklərinizə uyğun bir modelin hazırlanmasına imkan yaradır.  Məhsullarımızın çeşid çoxluğu, keyfiyyəti,  müasir dizaynı “Akabe Mebel”-in peşəkar fəaliyyətinin göstəricisidir. Yalnız məhsulun keyfiyyəti deyil sifarişinizin vaxtında təhvil verilməsi peşəkarlığımızın səviyyəsini göstərir. Akabe Mebel məhsullarını fərdi sifariş əsasında hazırlayır. Siz kütləvi istehsal edilmiş məhsul deyil, şəxsi sifarişiniz əsasında təkrarı olmayan bir model əldə etmiş olursunuz. Akabe Mebel sifarişçilərinə bu cür fərqlilik imkanı yaradır. -Mebel sifarişi prosesi hansı ardıcıllıqla baş verir? -Siz Azadlıq 1979 ünvanındakı Azadlıq mağazamıza yaxınlaşaraq dizaynerlərimizin iştirakı ilə kataloqla tanış olursunuz. Sizin modellərlə bağlı suallarınıza dizaynerlər ətraflı cavab verir. Hansı materiallardan istifadə etmək istədiyiniz, mebeldə hansı göstəricilərin olmağını, sizin əmlakınıza nələrin uyğun  nələrin isə uyğun olmayacağını dizaynerlərlə birgə müzakirə əsasında müəyyən edirsiniz. Daha sonra əməkdaşımız sizin daşınmaz əmlakanıza gələrək ölçüləri qeyd edir. Fabrikdə peşəkar işçilər tərəfindən mebel qeyd edilən ölçülərdə hazırlanaraq ünvana gətirilir və quraşdırma işləri başlayır. Daha sonra məsul şəxs tərəfindən mebel sizə təhvil verilir. Bir neçə ünvana getmədən, sizə uyğun mebeli saatlarla axtarmadan rahat bir ünvana gələrək bütün istəklərinizi reallaşdırmış olursunuz. Məhsullarımız zəmanətlidir. İstehsal prosesində istifadə edilən materiallarda şişmə halları baş vermir, boya mebeldən qopmur. Mexanizmlər uzun müddətli istifadəyə uyğun  və dayanıqlıdır.   EVDƏ OLMAQ GÖZƏLDİR! Call Send SMS Add to Skype You'll need Skype CreditFree via Skype