Kəsmə Fabriki xidmətləri
 
Akabe, özünəməxsus Mozaika və Kəsmə Fabriki vasitəsilə sizlərə taxta və bişmiş şüşə istisna olmaqla (mərmər, keramoqranit, latun, mis və.s) hər növ materialların kəsim xidmətini təklif edir. Bununla yanaşı daşlardan bir-birinə sintez edilərək, müştərilərin istəyinə uyğun, Almaniya istehsalı olan “waterjet”-su ilə kəsim edən avadanlıq vasitəsilə, Şadlıq sarayları, ofis və mənzillər üçün (əsasən mətbəx və evin giriş hissəsi) mozaika və dekorasiyaların hazırlanmasını da həyata keçirir.
 
Akabe, Avropadan gətirilən 3D və 2D aparatları ilə rəsmdəki obyekti 3D və ya 2D formatında kəsir həmçinin istənilən formada mozaiklərin sifarişi həyata keçirilir. Bununla yanaşı kəsilmiş məhsulun təcrübəli heyət tərəfindən montajı təklif olunur. 3D və 2D aparatları ilə siz xüsusi bir hədiyyə də hazırlada bilərsiniz. Məsələn: İnsan portreti, sevimli futbol klubunun logosun və s. Sizin bütün xəyalınızdakı təsvirləri biz real cismə çevirə bilərik.
 
Akabe Mozaika və Kəsmə Fabrikində həmçinin CNC oyma xidməti də göstərilir. CNC oyma təbii və süni daş emalı üçün nəzərdə tutulmuşdur. Haşiyə, daş plitələr, oyma kitabələr, cilalama, kəsmə və s. reallaşdırılır. Latun, Qranit, Mərmər, Farfor, Linoleum, Keramika, Paslanmaz polad, Alüminium, Şüşə kimi materialların qüsursuz şəkildə kəsimi mümkündür.
 
Siz hətta evinizi təmir edərkən aldığınız kafel və metlaxları istənilən ölçüdə bizim fabrikdə səliqəli şəkildə itgiyə, qırılmaya, sınmaya məruz qalmadan kəsimini həyata keçirə bilərsiniz. Dəhlizlər üçün müxtəlif təsvir formasında kəsilmiş mərmərlər döşəyə bilərsiniz.

 

Akabe Mozaika və Kəsmə Fabrikinin əməkdaşları siz dəyərli müştərilərimizə hərzaman xidmət etməyə hazırdır.