Mebel Fabriki xidmətləri
 
Akabe, 2006-cı ildən etibarən mebel istehsalı və satışını həyata keçirməktədir.
Akabe şirkəti sizlərə sizlərin istədiyi ölçüdə və dizaynda mebellərin hazırlanmasını, o cümlədən özünün hazırladığı mebelləri təklif edir. Şirkət sizlərin zövqünüzə uyğun hər növ klassik və avanqard üslubda mebelləri (mətbəx, vanna otağı, yataq otağı, qardirob və.s), Türkiyə, Ukrayna, İtaliya istehsalı olan avadanlıqlarla, evinizin dizaynına uyğun, lyuks mexanizmlərlə hazırlayır, keyfiyyətinə zəmanət verir və sizlərə təqdim edir.
 
Məhsullarımızın çeşid çoxluğu, keyfiyyəti, müasir dizaynı “Akabe Mebel”-in peşəkar fəaliyyətinin göstəricisidir. Yalnız məhsulun keyfiyyəti deyil sifarişinizin vaxtında təhvil verilməsi peşəkarlığımızın səviyyəsini göstərir. Akabe Mebel məhsullarını fərdi sifariş əsasında hazırlayır. Siz kütləvi istehsal edilmiş məhsul deyil, şəxsi sifarişiniz əsasında təkrarı olmayan bir model əldə etmiş olursunuz. Akabe Mebel sifarişçilərinə bu cür fərqlilik imkanı yaradır.
 
Mebel sifarişi prosesi hansı ardıcıllıqla baş verir?
 
Siz Nərimanov rayonu, Azadlıq prospekti 19/79 ünvanında yerləşən Azadlıq mağazamıza yaxınlaşaraq dizaynerlərimizin iştirakı ilə kataloqla tanış olursunuz. Sizin modellərlə bağlı suallarınıza dizaynerlər ətraflı cavab verir. Hansı materiallardan istifadə etmək istədiyiniz, mebeldə hansı göstəricilərin olmağını, sizin əmlakınıza nələrin uyğun nələrin isə uyğun olmayacağını dizaynerlərlə birgə müzakirə əsasında müəyyən edirsiniz. Daha sonra əməkdaşımız sizin daşınmaz əmlakınıza gələrək ölçüləri qeyd edir. Fabrikdə peşəkar işçilər tərəfindən mebel qeyd edilən ölçülərdə hazırlanaraq ünvana gətirilir və quraşdırma işləri başlayır. Daha sonra məsul şəxs tərəfindən mebel sizə təhvil verilir. Bir neçə ünvana getmədən, sizə uyğun mebeli saatlarla axtarmadan rahat bir ünvana gələrək bütün istəklərinizi reallaşdırmış olursunuz.
 
Məhsullarımız zəmanətlidir. İstehsal prosesində istifadə edilən materiallarda şişmə halları baş vermir, boya mebeldən qopmur. Mexanizmlər uzun müddətli istifadəyə uyğun və dayanıqlıdır. 
  
Evinizi Akabe ilə bəzəyin!