Akabe və Hansgrohe prorab müştəriləri ilə görüş keçirdi.

Avropa və Asiyanın inşaat sahəsində tanınmış keyfiyyətli brendlərini sizə təqdim etməkdən qürur duyan Akabe, Hansgrohe markasının Azərbaycan nümayəndəliyi ilə birlikdə prorab müştəriləri ilə görüş keçirdi.

Akabe nəzdində fəailiyyət göstərən Akabe Akademiyası, bundan sonra müştərilər ilə bağlı silsilə xarakteri daşıyan görüşlər təşkil etməklə onlarla daimi əlaqələrin qorunması, yeni məhsulların xüsusiyyətləri, inşaat sahəsində baş verən yeniliklərlə bağlı operativ olaraq məlumatların verilməsi, onların təkliflərini dinləmək və muxtəlif seminarlar təşkil edərək müştəri məmnuniyyətini ən üst səviyyədə qorumaqdır.

Açılış nitqində İdarə Heyətinin sədri Sakit Səmədov qonaqları Akabe adından salamlayaraq, görüşdə iştirak etdikləri üçün xüsusi təşəkkürlərini bildirdi. Son 3 aydır, Marketinq şöbəsinin rəhbəri İsrail bəylə birlikdə Akabe Akademiyasını quraraq ustalar, dizaynerlər və memarlarla bağlı strateji plan hazırladıq. Biz istəyirik ki, prorab müştərilərlə daha sıx bir şəkildə “Qazan-Qazan” əlaqələrini quraraq keyfiyyətli məhsulları sizin üçün təmin edək.

Bundan sonra belə görüşləri mütəmadi olaraq keçirməyi planlayırıq. Çox sağolsunlar, bu görüşdə yanımızda olan və tədbirin keçirilməsində dəstək olan Hansgrohe şirkətinin Azərbaycan üzrə müdiri Fuad bəy Safiyevə təşəkkürlərimizi bildiririk.

Daha sonra çıxış edən Hansgrohe şirkətinin Azərbaycan üzrə müdiri Fuad Safiyev, Akabe ilə birlikdə əməkdaşlıq etməkdən qürur duyduğunu vurğulayaraq bundan sonrakı fəaliyyətlərimizdə birlikdə uğurlara imza atacağımıza inandığını vurğuladı.

Hansgrohe şirkətinin yaranma tarixindən, məhsullardan və xidmətlərdən bəhs edən Safiyev qeyd etdi ki, “117 ildir ki, Hansgrohe şirkəti bazarda fəaliyyət göstərir, 94 ölkədə filialı var, 100 ölkədə fəaliyyət göstərir. Məhsullarının dizaynına görə dünya üzrə 7-ci yerdədir. Hər bir məhsulumuza 2 il zəmanət veririk. Hər bir məhsulun ehtiyyat hissəsini 20 il ərzində istehsal edirik. Həm dizayn həm qiymət tərəfindən hər büdcəyə uyğun məhsul tapmaq olar. Əsas üstünlüyümüz istənilən modelin çərçivəsində istənilən növ lavabo üçün su qarışdırıcısı tapmaq olar, 1 modelin içində çox sayda çeşid var. Müştərilərin istəklərini Hansgrohe vasitəsi ilə həyata keçirə bilərsiniz. Məqsədlərimizdən biri də hamam otağına yeni texnologiyalar gətirmək, əl duşlarımızın əsas üstünlüyü isə rahat təmizlənməsidir.”

Daha sonra tədbirin təşkil olunmasında göstərmiş olduğu dəstəyə görə, Akabe Pərakəndə Sektor rəhbəri Bahar Aygün tərəfindən Fuad Safiyevə xüsusi hədiyyə təqdim olunaraq təşəkkür edildi.

Tədbir, Akabe Bonus kartlarının və hədiyyələrin tədim olunmasıyla birlikdə, qonaqların şərəfinə hazırlanmış xüsusi ziyafətlə sona çatdı.