Türkiyənin məşhur “SERANİT” brendinin məhsulları artıq AKABE-də!

Türkiyənin məşhur “SERANİT” brendinin məhsulları artıq AKABE-də!
 
Akabe-nin daha bir partnyoru olan Seranit brendi, müasir istehsal texnologiyalarının yeniliklərindən istifadə edərək, güclü infrastrukturu ilə Türkiyənin ilk porselen istehsal edən fabriklərindəndir.
 
Seranit-in süni qranit məhsulları 1250 dərəcə  temperaturda xüsusi Ukrayna gilindən hazırlanır. Bu məhsulların tərkibi  100 % porselendir, suya və şaxtaya tam dözümlüdür, ləkə və çirki hopturmur və ən iri ölçülərdə belə: 90x135 santimetrdə təklif olunur.
 
Seranit-in Natura seriyası təbii mərmər effekti ilə seçilir, hovuz kənarları üçün nəzərdə tutulan sürüşməyən metlax, fasadlar üçün keramoqranit və həmçinin, dünyada ilk dəfə istehsal edilən Aquanito porselen duş yer örtükləri Akabe-də geniş çeşiddə təqdim edilir.
 
Seranitin bir qolu olan, kafel və metlax istehsal edən, Serra brendinin məhsullarının  üstünlüyü isə 30-un 90-a və hətta 40-ın 120-ə qədər olan iri ölçüləridir. Keyfiyyətinə və mükəmməl dizaynına görə Akabe-nin Serra kafel və metlaxları aparıcı İspan məhsullarından fərqlənmir, qiymətləri isə Avropa brendlərindən daha çox əlverişlidir.

 

Daha geniş çeşiddə məhsullarımızla tanış olmaq üçün Akabe mağazalarına dəvət edirik.