Məşhur “APOLLO” brendinin məhsulları artıq AKABE-də!

Məşhur “APOLLO” brendinin məhsulları artıq AKABE-də!
 
Çinin tanınmış və yüksək texnologiyalara ciddi üstünlük verən Appollo brendi, Akabe satış mərkəzlərində müxtəlif ölçüdə vanna otağı üçün arakəsmə şüşə qapılar, buxarlı və buxarsız sadə və kompakt duş kabinlər, cakuzilər və əlüzyuyanlarla sizə təqdim olunur.
 
Appollo brendi informasiya texnologiyalarından istifadə olunmasını perspektiv istiqamət olaraq inkişaf etdirir. Akabe-də təqdim olunan Appollo kabinləri xüsusi buxar, sensor idarəetmə sistemləri və radio qəbuledicilərlə, hidromassaj vannaları isə DVD və TV monitorlarla təchiz olunubdur.
 
Bundan əlavə, qiymət üstünlüyü ilə seçilən və müştəri məmnuniyyəti qazanmış Appollo-nun gözəl dizayna malik, nəm şəraitə davamlı hamam şkaflarını da ən münasib qiymətə məhz Akabe-dən əldə etmək mümkündür.