Akabe Akademiyası fəaliyyətə başladı!

Akabe Akademiyası fəaliyyətə başladı!

Akabe Akademiyası olaraq əsas hədəfimiz, müştəri tələblərinə cavab verən ən yaxşı məhsul və xidmətləri təqdim etmək, inkişaf etmiş insan gücü və texnologiya bazası ilə müsbət dəyər yaratmağa çalışmaqdır. Sosial korporativ məsuliyyət daşıyan, fərqli düşüncəyə dəyər verən, hörmətli, güvənli və ədalətli bir struktur yaratmaq əsas hədəflərimiz sırasındadır.

Məqsədimiz əməkdaşlarımızın təlim və tədrisinə hər zaman önəm vermək, karyera qurmasına dəstək olmaq, həm şirkət daxili, həm də şirkət xarici tədrislər ilə peşə və texniki tədris mövzularında davamlı olaraq seminarlar təşkil etməkdir.

Rəqibləri arasında qabaqcıl şirkət olaraq tanınan Akabe, hər zaman keyfiyyətli və müasir dəbdə olan məhsullarını müştərilərinə təqdim ekməkdən qürur duyur. Məhz buna görə də Akademiya nəzdində mütəmadi olaraq memarlara, prorablara, ustalara, satış məsləhətçilərinə və könüllü iştirak etmək istəyən müştərilərinə markalar və yeni məhsullar haqqında geniş seminarlar təşkil edir.
 
Satış məsləhətçilərinin və montaj heyətinin texniki bilikləri, təlim-tədris işlərinin həyata keçirilməsində və insan resursunun yetişdirilməsində Akademiyanın müstəsna rolu olacaqdır.