Türkiyənin məşhur brendi “Kütahya” mağazasının təntənəli açılış mərasimi keçirilib.

“Akabe” MMC Türkiyənin məşhur “Kütahya” brendinin məhsullarını təqdim edəcək yeni satış mərkəzinin təntənəli açılış mərasimini keçirib.
 
Türkiyənin aparıcı kafel və metlax istehsalçılarından olan “NG Kütahya Seramik” özünəməxsus ölçü və rəng seçimi ilə digər istehsalçılardan fərqlənir. Ən yeni, müasir standartlara cavab verən avadanlıqların və texnologiyaların vasitəsi ilə məhsullarını istehsal edir və dünya bazarlarına ixrac edir.
 
Azərbaycanın “Akabe” MMC və Türkiyənin “NG Kütahya Seramik” şirkətləri arasında 10 ilə yaxındır davam edən uğurlu əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Tanınmış Türkiyə brendinin Azərbaycanda rəsmi distribyutoru olan “Akabe” MMC şirkəti yeni mağazasının qapılarını müştərilərinin üzünə açdı.
 
Bakı şəhəri, Azadlıq prospekti 163 ünvanında yerləşən yeni mağazada bu sahədə 20 illik təcrübəsi olan “NG Kütahya Seramik” şirkətinin istehsalı olan yüksək keyfiyyətli keramika məhsulları, mərmər, qranit plitələr və hamam otaqları üçün avadanlıqlarının sərgi-satışı həyata keçirilir.
 
Açılış mərasimində “NG Kütahya Seramik Porselen Turizm Sanayi A.Ş.” şirkətinin idarə heyətinin sədri Erkan Güral və Binəqədi rayonu İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək yeni mağazaya fəaliyyətində uğurlar arzu ediblər.

 

“Akabe” MMC, 2000-ci ildən etibarən inşaat sektorunda fəaliyyət göstərir. Mebel, kafel, süni qranit, hamam otaqları üçün avadanlıqlar və aksessuarların istehsalı və satışı ilə məşğul olan “Akabe” MMC geniş satış şəbəkəsinə malikdir.