Gilan Seramik şirkəti ilə sıx əməkdaşlıq nəticəsində Akabe-nin daha bir şöbəsi Şirvan şəhərində açıldı

Gilan Seramik şirkəti ilə sıx əməkdaşlıq nəticəsində Akabe-nin daha bir şöbəsi Şirvan şəhərində açıldı Azərbaycanda keyfiyyətli kafel və metlax, keramoqranit, hamam avadanlıqları və aksessuarlarının topdan və pərakəndə satışı üzrə lider mövqeyini qoruyan Akabe şirkəti, mövcud mağazalar şəbəkəsini genişləndirməkdədir. Akabenin daha bir şöbəsi Şirvan şəhərində fəaliyyətə başladı. Şirvan şəhəri Heydər Əliyev prospekti ünvanında, Bayraq meydanının yanında yerləşən mağaza Akabe-nin ənənələrinə sadiq olaraq müasir tələblərə uyğun üslubda inşa edilib.  Bu mağazada Şirvan şəhəri və ətraf rayonların sakinlərinə yüksək keyfiyyətli xidmət göstərmək üçün lazım olan bütün şərait var. Akabe Şirvan şəhərindəki şöbəsini Azərbaycanda keramika məhsullarının istehsalı üzrə lider olan Gilan Seramik şirkəti ilə sıx əməkdaşlıq şəraitində qurub. Bu mağazadan Gilan brendinə aid kafel və metlaxları ən uyğun qiymətə, topdan və pərakəndə şəkildə əldə etmək mümkündür. Şirvan şəhərindəki Akabe mağazasında həmçinin Avropa və Asiya ölkələrinin ən aparıcı istehsalçılarının keyfiyyətli məhsulları da təqdim olunur. Akabenin əlaqə telefonu 1823