“AKABE” MMC

Biz inşaat sahəsində 2000-ci ildən etibarən fəaliyyət göstəririk. Fəaliyyətimiz inşaat materiallarının istehsalı və satışından ibarətdir. Avropa və Asiyanın  Caprigo, Kütahya, Seranit, Duravit, Appollo, Saloni, Grohe, Gural, Junjing, ECA, Newzong kimi tanınmış brendlərin Azərbaycandakı rəsmi distribyutoruyuq. Aşağıda göstərilən bölgü üzrə məhsulların satışını reallaşdırırıq:

 

  • Kafel və metlax
  • Qranit və mərmər
  • Fasad örtükləri
  • Vanna və duş kabinlər
  • Su qarışdırıcılar
  • Hamam şkafları
  • Mebel
  • Mozaika
  • Hamam aksesuarları və s.      

 

Həmçinin Akabe, distribyutorluq etdiyi brendlərin inşaat məhsullarından başqa öz istehsal etdiyi məhsulların da satışı ilə məşğul olur və eləcə də yerli istehsalçı olan Gilanla da əməkdaşlıq edir. Uzun illər təcrübəli brendlərlə yaxından əməkdaşlıq bizə qabaqcıl ölkələrin istehsal təcrübəsini mənimsəməyə şərait yaratmışdır. Yeni texnologiyaları yerli istehsala tətbiq edərək alıcılarımızın etibarını qazanmışıq. Məqsədimiz daxili bazarı münasib qiymət və keyfiyyətlə təmin etməkdir. Şirkətimizin tərkibinə "Akabe Mebel", "Akabe PVC Lambir" və "Akabe Mozaika və Kəsmə" fabrikləri də daxildir. Bizim fabriklərdə qabaqcıl texnologiyalardan istifadə, keyfiyyətli xammal seçimi, yerli və xarici mütəxəssislərdən ibarət peşəkar işçi komandası ilk sıralarda olmağımızı təmin edən əsas səbəbdir. Biz, yeniliklərə tez uyğunlaşan, beynəlxalq təcrübəni yerli istehsala tətbiq edən, model sırasını mütəmadi olaraq zənginləşdirən, müştəri məmnunluğunu ən vacib amil hesab edən bir şirkətik.

 

       Missiyamız


Akabenin başlıca missiyası Avropa və Asiya ölkələrindən ən yüksək keyfiyyətli məhsulları seçib sərfəli qiymətlərlə yerli bazarda sizə təqdim etməkdir. Siz müştərilərin məmnunluğu, istəklərinizin qarşılanması bizim üçün əsasdır. Məqsədimiz inkişaf edərək fəaliyyət sahəmizi genişləndirmək, alıcılarımıza yüksək keyfiyyətli xarici məhsullar təqdim etmək və beynəlxalq standartlara cavab verən istehsalın təşkilidir. Akabe fəaliyyət istiqamətlərinə aid ən son yenilikləri müştərilərinə ilk çatdıran şirkət olmaq üçün çalışmaqdadır. 

 

      Prinsiplər 

  • Yüksək səviyyəli xidmət
  • Yüksək keyfiyyətli və sürətli istehsal
  • Zamanla ayaqlaşan innovasiyalar

      Xidmətlər 

  • Dizayn xidmətləri
  • Kəsmə
  • Çatdırılma
  • Quraşdırılma
  • Özəl sifariş
  • Zəmanət