“AKABE” MMC

Öz iş prinsipində müştəri məmnuniyyətini əsas tutan Akabe, inşaat sahəsində 2000-ci ildən etibarən fəaliyyət göstərir.

 

Keyfiyyətli və geniş çeşidli məhsullarıyla qürur duyan Akabe, inşaat materiallarının istehsalı və satışı ilə müştərilərinə zövqlə  xidmət etməktədir.

 

Avropa və Asiyanın Caprigo, Kütahya, Seranit, Duravit, Appollo, Saloni, Uşak Seramik, Artemis, Badella, Flaminia, Mainzu, Grasaro, Italon, La Platera, Graniser, Işıklar, Kerranova, Monalisa, Serapool, Grohe, Hansgrohe, Aktif Metal, Huayi kimi tanınmış brendlərin Azərbaycandakı rəsmi distribyutorudur.

 

Aşağıda göstərilən məhsul çeşidlərinin satışı ilə sizə xidmət etməkdən qürur duyuruq.

Kafel, metlax və mozaika

Vanna və duş kabinlər

Su qarışdırıcıları

Hamam mebeli

Santexnika

Hamam aksesuarları

Fasad örtükləri və keramoqranit

 

18 ildir uğurla fəaliyyət göstərən Akabe, distribyutorluq etdiyi brendlərlə yanaşı həmçinin Azərbaycanda istehsal etdiyi inşaat materiallarını da müştərilərinə təklif edir. Bununla yanaşı yerli istehsalçı olan Gilanla da sıx əməkdaşlıq edir. Uzun illər dünyanın təcrübəli brendləriylə əməkdaşlıq edən Akabe, qabaqcıl ölkələrin istehsal təcrübəsini mənimsəyərək yerli istehsalın artırılması və Azərbaycan iqtisadiyyatına daha çox töhvə verilməsi istiqamətində uğurla addımlayır. Məhz bunun nəticəsində yeni texnologiyaları yerli istehsala tətbiq edərək alıcılarımızın etibarını qazanmışdır.

 

Məqsədimiz daxili bazarı keyfiyyətli məhsullarla və münasib qiymətlə təmin etməkdir. Şirkətimizin tərkibinə "Akabe Mebel", "Akabe PVC Lambir""Akabe Mozaika və Kəsmə" fabrikləri də daxildir. Fabriklərimizdə ən qabaqcıl texnologiyalardan istifadə olunaraq, keyfiyyətli xammal seçimi, yerli və xarici mütəxəssislərdən ibarət peşəkar işçi komandamız ilə ilk sıralarda olmağımızı təmin etmişik.

 

Daim yenilikləri izləyərək, beynəlxalq təcrübəni yerli istehsala tətbiq edərək, model çeşidlərini mütəmadi olaraq zənginləşdirməklə, müştəri məmnunluğunu ən vacib amil kimi hesab edirik.

 

Missiyamız

 

Akabenin başlıca missiyası Avropa və Asiya ölkələrindən ən yüksək keyfiyyətli məhsulları seçib sərfəli qiymətlərlə yerli bazarda sizə təqdim etməkdir. Siz müştərilərin məmnunluğu, istəklərinizin qarşılanması bizim üçün əsasdır. Məqsədimiz inkişaf edərək fəaliyyət sahəmizi genişləndirmək, alıcılarımıza yüksək keyfiyyətli xarici məhsullar təqdim etmək və beynəlxalq standartlara cavab verən istehsalın təşkilidir. Akabe fəaliyyət istiqamətlərinə aid ən son yenilikləri müştərilərinə ilk çatdıran şirkət olmaq üçün çalışmaqdadır.

 

Akabe, hər bir evdə yerimiz var!